“İnformasiya, sənədləşdirmə, nəşriyyat və kitabxana işi” standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 52 )
“İnformasiya, sənədləşdirmə, nəşriyyat və kitabxana işi” standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 52) 23 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının “Elm” nəşriyyatının bazasında təsis edilib.
AZSTAND/TK 52-nin katibliyini aparan təşkilat:
AMEA-nın “Elm” nəşriyyatı
AZSTAND/TK 52-nin sədri:
“Elm” nəşriyyatının direktoru, filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov
AZSTAND/TK 52-nin sədr müavini:
AMEA Rəyasət Heyəti aparatı Elm və təhsil şöbəsinin müdiri, filologiya elmləri doktoru, AMEA-nın Redaksiya-Nəşriyyat Şurasının sədr müavini Sərxan Xavəri
AZSTAND/TK 52-nin məsul katibi:
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Nəzmin Cəfərova
AZSTAND/TK 52-nin tərkibi:
Azərbaycan Respublikasının ali təhsil müəssisələri, elmi-tədqiqat institutlarının alim və mütəxəssisləri, nəşriyyat, kitabxana və mətbuat nümayəndələri.
AZSTAND/TK 52-nin məqsədi:
Fəaliyyət istiqamətləri üzrə vahid texniki yanaşmanın formalaşdırılması; Milli informasiya infrastrukturunun inkişafı; Nəşriyyatlar, kitabxanalar, arxivlər, muzeylər, indeksləşdirmə, sənəd mühafizəsi, rəqəmsal informasiya sistemləri və digər əlaqəli sahələrdə xidmət və məhsulların keyfiyyətinin artırılması, eləcə də beynəlxalq tələblərə uyğunlaşdırılmasına istiqamətlənmiş dövlət standartlarının hazırlanması.
AZSTAND/TK 52-nin funksiyaları:
Dövlət standartlarının hazırlanmasında iştirak etmək; Milli standartlaşdırma proqramının formalaşdırılması üzrə təkliflər vermək; İnformasiya, sənədləşdirmə, nəşriyyat və kitabxana işi sahələrinin standartlaşdırması üzrə normativ sənədlərin yoxlanılmasını həyata keçirmək; Standartlaşdırma sahəsində elmi tədqiqatlarda iştirak etmək və rəy vermək; Beynəlxalq texniki komitələrdə iştirak etmək (P-üzv) və s.
AZSTAND/TK 52-nin tərkibində yaradılmış işçi qrupları:
1. AZSTAND/TK-52/İQ-1– Terminologiya üzrə işçi qrupu;
2. AZSTAND/TK-52/İQ-2 – Kitabxana statistikası və fəaliyyət göstəriciləri üzrə işçi qrupu.
AZSTAND/TK 52-nin normativ istinadları:
1. “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanunu;
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Standartlaşdırma sahəsində normativ sənədlərin yoxlanılması Qaydası”nın təsdiq edilməsi haqqında 2024-cü il 24 may tarixli 283 nömrəli Qərarı;
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Standartlaşdırma sahəsində normativ sənədlərin hazırlanması, razılaşdırılması, ekspertizası, qəbul edilməsi, dövlət reyestrinə və fonduna daxil edilməsi, dəyişiklik edilməsi və nəşri Qaydaları”nın təsdiq edilməsi haqqında 2024-cü il 27 may tarixli 284 nömrəli Qərarı;
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Milli standartlaşdırma proqramının formalaşdırılması və onda dəyişiklik edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında 2024-cü il 27 may 2024-cü tarixli 285 nömrəli Qərarı;
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Standartlaşdırma üzrə texniki komitələrin yaradılması və fəaliyyətinin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında 2024-cü il 3 iyun 2024-cü tarixli 294 nömrəli Qərarı;
6. AZS 1.1-2009 “Standartlaşdırma üzrə texniki komitələr. Yaradılması və fəaliyyəti qaydası” dövlət standartı.