Nəşriyyat haqqında
“Elm” nəşriyyatı haqqında
1925-ci ildə yaradılmış nəşriyyat elmin ayrı-ayrı sahələrinə dair monoqrafiyalar, seçilmiş əsərlər, soraq-məlumat ədəbiyyatları, çoxcildlik əsərlər, tərcümə nəşrləri, elmi-kütləvi kitablar, biblioqrafiyalar, elmi jurnallar və s. çap edir. Müəssisə yerli və beynəlxalq sərgilərdə Azərbaycan Milli Elmlər Akademiyasını təmsil edir.
2019-cu ildə “Elm” nəşriyyatı rebrendinq edərək özünün yeni loqosunu və şüarını müəyyənləşdirmişdir. Müəssisənin yeni loqosu elm və kitabın simvolik vəhdətindən ibarətdir. Loqo cəmiyyətin intellektual tərəqqisini təmin edən elmin dəyərli kitabların mütaliəsindən doğması fikrini özündə ehtiva edir. Nəşriyyatın şüarı isə “Elm” – tərəqqiyə aparan yol”dur.
2023-cü ildən Akademiyada həyata keçirilən islahatlar çərçivəsində nəşriyyat modernləşmə və inkişaf prosesinə qoşulmuş, onun fəaliyyəti müasir tələblər səviyyəsinə yüksəldilmişdir. Müəssisənin maddi-texniki bazası əsaslı şəkildə yenilənərək müasir standartlara uyğunlaşdırılmışdır.
“Elm” nəşriyyatı “İnformasiya, sənədləşdirmə, nəşriyyat və kitabxana işi” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 52) katibliyini aparan təşkilatdır.