Həmkarlar təşkilatı

“Elm” nəşriyyatının Həmkarlar Təşkilatı

“Elm” nəşriyyatının Həmkarlar Təşkilatı fəaliyyətini AMEA Azad Həmkarlar İttifaqının 17 noyabr 2017-ci il tarixində keçirilmiş qurultayında qəbul edilmiş Nizamnaməsinin tələblərinə uyğun qurub.

“Elm” nəşriyyatının Həmkarlar Təşkilatı aşağıdakı vəzifələri icra edir:  

– İşçilərin hüquq və mənafelərinə aid bütün məsələlərin baxılmasında bilavasitə iştirak edir, təkliflər verir, qəbul edilmiş qərarların ekspertizasını aparır, lazım gəldikdə dövlət və hökumət оrqanları qarşısında məsələ qaldıraraq əməkdaşların hüquqlarını müdafiə edir;

– Fərdi və kollektiv əmək mübahisələrinin qanunvericilik çərçivəsində həll olunmasına köməklik edir, bu mübahisələrin baxılmasında iştirak edir;

– Sanatоriya-kurоrt müalicəsinin, uşaq sağlamlıq istirahətinin, mədəniyyət müəssisələrinin təşkili, əlavə təhsil, istirahət, turizm, bədən tərbiyəsi və idman, хеyriyyəçilik fəaliyyətinin təşkil оlunmasında və inkişafında, pensiya təminatı məsələlərinin həllində iştirak еdir;

– Təşkilat üzvlərinə maddi yardım və digər xidmətlər göstərir, оnların peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar qanunvericilikdə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etməsinə, tam məşğulluq sahəsində təminatlara əməl olunmasına nəzarət edir və s.

“Elm” nəşriyyatının Həmkarlar Təşkilatının sədri:

Səbinə Kamandar qızı İmanova