“AMEA Naxçıvan Bölməsinin Elmi əsərləri” jurnalı
“AMEA Naxçıvan Bölməsinin Elmi əsərləri” jurnalı (ISSN:2218-4783) 2005-ci ildə təsis edilib, bölmənin Rəyasət Heyətinin rəhbətliyi ilə nəşr olunur. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlər” siyahısına daxildir. 2024-cü ildən jurnal “Elm” nəşriyyatı tərəfindən ildə dörd dəfə çap edilir.
Jurnalın baş redaktoru akademik İsmayıl Hacıyev, baş redaktorun müavinləri AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, məsul katibi isə AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevdir.