“AMEA-nın Məruzələri” jurnalı
“AMEA-nın Məruzələri” jurnalı (ISSN:0002-3078) 1945-ci ildən nəşr olunur. Jurnal AMEA Rəyasət Heyətinin rəhbərliyi ilə çap olunur. “AMEA-nın Məruzələri”ndə əsasən AMEA-nın həqiqi üzvlərinin (akademik), müxbir üzvləri və xarici üzvlərinin əvvəllər heç yerdə çap olunmayan orijinal elmi tədqiqatlarının nəticələri dərc edilir. Jurnalda digər müəlliflərin də məqalələrinə yer verilir. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlər” siyahısına daxildir. Jurnal “Elm” nəşriyyatı tərəfindən ildə iki-dörd dəfə çap edilir.
Jurnalın baş redaktoru akademik İsa Həbibbəyli, baş redaktorun müavinləri akademik Arif Həşimov və akademik İbrahim Quliyev, məsul katibi isə Gülarə Hacıyevadır.