“ANAS Transactions, Earth Sсiences” jurnalı

“ANAS Transactions, Earth Sсiences” jurnalı

“ANAS Transactions, Earth Sсiences” jurnalı (ISSN:2218-8754) 1958-ci ildə fəaliyyətə başlayıb, əvvəllər “Proceedings of the Azerbaijan National Academy of Sciences, Earth Sciences” adı ilə nəşr olunub. “ANAS Transactions, Earth Sсiences” jurnalında çöl işləri, laboratoriya tədqiqatları, modelləşdirmə daxil olmaqla, Yer elmlərinin bütün sahələri – struktur geologiya və tektonika; faydalı qazıntı və karbohidrogen yataqları; mineralogiya və petrologiya; geokimya, neft-qaz geologiyası və mühəndisliyi; palçıq vulkanizmi; geofizika; müasir geodinamika və kosmik geodeziya; seysmologiya, seysmik təhlükənin və riskin qiymətləndirilməsi üzrə orijinal və icmal şəklində yazılmış məqalələr dərc olunur. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlər” siyahısına daxildir. Jurnal “Elm” nəşriyyatı tərəfindən ildə iki dəfə çap edilir.

Jurnalın baş redaktoru akademik Akif Əlizadə, baş redaktorun müavinləri akademik İbrahim Quliyev, akademik Fəxrəddin Qədirov, AMEA-nın müxbir üzvü Bağır Süleymanov və yer elmləri doktoru Qulam Babayev, məsul katibi isə Qabil Abıyevdir.