“Azerbaijan Journal of Mathematics” jurnalı
“Azerbaijan Journal of Mathematics” jurnalı (ISSN:2218-6816) 2011-ci ildə Azərbaycan Riyaziyyat Cəmiyyəti tərəfindən təsis olunub. Thomson Reuters şirkətinin “Emerging Sources Citation Index” (ESCI) bazasına daxil edilib. Jurnal, həmçinin ISI-Thomson Reutersin genişləndirilmiş siyahısına – “Master Journal List”ə düşüb. Burada riyaziyyatın bütün sahələrini əhatə edən orijinal tədqiqat məqalələri və sorğu məqalələri dərc olunur. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlər” siyahısına daxildir. Jurnal “Elm” nəşriyyatı tərəfindən ildə iki dəfə çap edilir.
Jurnalın baş redaktoru AMEA-nın müxbir üzvü professor Bilal Bilalov, baş redaktorun müavini riyaziyyat elmləri doktoru Telman Qasımovdur.