“Elm və Həyat” jurnalı

“Elm və Həyat” jurnalı

AMEA-nın “Elm və Həyat” elmi-publisistik jurnalı (ISSN:2710-0944) 1961-ci ildə Azərbaycan Respublika “Bilik” cəmiyyətinin orqanı kimi fəaliyyətə başlayıb, 1992-ci ildən AMEA Rəyasət Heyətinin, Arxeologiya və Etnoqrafiya İnstitutunun və redaksiya kollektivinin təsisçiliyi ilə çıxıb. 1998-ci ildə “Elm və həyat” keçid dövründə peşəkarlığını, səmtini qoruyub saxladığına görə Meksikada təsis edilmiş “Qran Pri” mükafatına layiq görülüb. Burada Azərbaycanın tarixi, ədəbiyyatı, etnoqrafiyası ilə bağlı məqalələrlə yanaşı, fizika, kimya, kibernetika, astronomiya və digər elm sahələrinə aid yazılar dərc edilir. Jurnal “Elm” nəşriyyatı tərəfindən ildə dörd dəfə çap edilir.

Jurnalın baş redaktoru akademik İsa Həbibbəyli, baş redaktorun müavini filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov, məsul katibi isə Sərvan Kərimovdur.