“Filologiya və sənətşünaslıq” jurnalı
AMEA-nın “Filologiya və sənətşünaslıq” jurnalı (ISSN:2663-4368) Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 30.05.2019-cu ildə qeydiyyata alınıb. Jurnal 2019-cu ilə qədər “Xəbərlər” (Humanitar elmlər seriyası) adı ilə çap olunub. Burada humanitar elmlər istiqaməti üzrə ədəbiyyatşünaslıq, Azərbaycan ədəbiyyatı tarixi, ədəbiyyat nəzəriyyəsi, müqayisəli ədəbiyyatşünaslıq, folklorşünaslıq, dilçilik, sənətşünaslıq, mətbuat tarixi və publisistika sahələri üzrə elmi-tədqiqat məqalələri dərc edilir. Jurnal “Elm” nəşriyyatı tərəfindən ildə iki dəfə çap edilir.
Jurnalın baş redaktoru filologiya elmləri doktoru Sərxan Xavəri, baş redaktorun müavinləri filologiya elmləri doktoru Eşqanə Babayeva və memarlıq üzrə fəlsəfə doktoru Samirə Abdullayeva, məsul redaktoru Aynur Günəşli, məsul katibi isə Samirə Quliyevadır.