“Gənc tədqiqatçı” jurnalı
“Gənc tədqiqatçı” jurnalı (ISSN:2409-4838) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən çap olunur. Jurnalda AMEA-nın institut və təşkilatlarında, yerli və xarici elm və təhsil müəssisələrində çalışan, əsasən yaşı 35-ə qədər olan gənc alim, elmi işçi, doktorant, dissertant, həmçinin magistrlərin tədqiqat və xülasə tipli məqalələri dərc edilir. “Gənc tədqiqatçı” jurnalı Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 31.03.2017-ci il tarixli iclasının Qərarı ilə pedaqogika elmləri istisna olmaqla, digər bütün elm sahələri üzrə Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması üçün tövsiyə edilən dövri nəşrlər siyahısına daxil edilib. Jurnal “Elm” nəşriyyatı tərəfindən ildə iki dəfə çap edilir.
Jurnalın baş redaktoru kimya üzrə fəlsəfə doktoru Elmir Babayev, məsul katibi isə Günel Əzimovadır.