“Informatics and Control Problems” jurnalı

“Informatics and Control Problems” jurnalı

“İnformatika və idarəetmə problemləri”  (“Informatics and Control Problems”) (ISSN:2664-2085) jurnalı AMEA Rəyasət Heyətinin qərarı ilə 1997-ci ildən nəşr olunur. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlər” siyahısına daxildir.

Burada nəzarət nəzəriyyəsi və sistem təhlili; riyazi modelləşdirmə və identifikasiya; siqnalların və təsvirlərin təhlili və sintezi; informasiya ölçmə sistemləri; informasiya emalı və nəzarət sistemləri; idarəetmə sistemlərində süni intellekt; texnoloji proseslərin və istehsalın avtomatlaşdırılması istiqamətlərində məqalələr dərc olunur. Jurnal “Elm” nəşriyyatı tərəfindən ildə iki dəfə çap edilir.

Jurnalın baş redaktoru AMEA-nın müxbir üzvü  Ağası Məlikov, məsul katibi isə texnika üzrə fəlsəfə doktoru Tahir Əlizadədir.