“Journal of Life Sciences and Biomedicine” jurnalı
“Journal of Life Sciences and Biomedicine” jurnalı (ISSN:2710-4915) (“Həyat elmləri və biotibb”, əvvəlki adı – AMEA-nın Xəbərləri (biologiya və tibb elmləri )) 1945-ci ildən nəşr olunur. Burada müasir biologiya, bioinformatika, biotexnologiya, tibb, kənd təsərrüfatı, torpaqşünaslıq, ətraf mühit və s. sahələrin müxtəlif aspektlərinə aid orijinal tədqiqat məqalələri, elmi məruzələr dərc edilir. Jurnal “Elm” nəşriyyatı tərəfindən ildə ik-üç dəfə ingilis dilində çap edilir.
Jurnalın baş redaktoru akademik Əhliman Əmiraslanov, baş redaktorun müavini akademik İradə Hüseynovadır.