“Seismoprognosis observations in the territory of Azerbaijan” jurnalı
“Seismoprognosis observations in the territory of Azerbaijan” (ISSN:2219-6641) elmi jurnalında AMEA Respublika Seysmoloji Xidmət Mərkəzində il ərzində Azərbaycan ərazisində seysmologiya və zəlzələ proqnozu üzrə aparılan elmi işlərin nəticələrinə dair məqalələr yerləşdirilir. Jurnal elm və istehsalat təşkilatlarında seysmologiya, zəlzələlərin proqnozu, seysmik rayonlaşdırma və seysmikdayanıqlı tikinti məsələləri ilə məşğul olan seysmoloq, geofizik və geokimyaçı mütəxəssislər üçün nəzərdə tutulub. Burada seysmologiya sahəsi ilə məşğul olan yerli və xarici ölkələrdən alimlərin elmi məqalələri də dərc olunur. Jurnal Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının rəsmi qeydiyyatından keçib. Jurnal “Elm” nəşriyyatı tərəfindən ildə iki dəfə ingilis dilində çap edilir.
Jurnalın baş redaktoru AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, məsul katibi isə Vüsalə Hüseynovadır.