“Sosial elmlər” jurnalı
Azərbaycan Milli Elmlər Akademiyasının “Sosial elmlər” jurnalı (ISSN:2710-0820) AMEA Rəyasət Heyətinin 17 iyul 2019-cu il tarixli 12/15 nömrəli qərarı ilə nəşr olunur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Mətbu nəşrlərin reyestrinə 29.01.2021-ci il tarixli №4327 nömrəsi ilə daxil edilib. Jurnal “AMEA-nın Xəbərləri (ictimai elmlər seriyası)” adlı jurnalın davamıdır. “Sosial elmlər” jurnalında sosial elmləri əhatə edən elmi məqalələr, resenziyalar və elmi həyata aid xəbərlər dərc edilir. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlər” siyahısına daxildir. Jurnal “Elm” nəşriyyatı tərəfindən ildə iki dəfə çap edilir.
Elmi jurnalın baş redaktoru akademik Nərgiz Axundova, baş redaktorun müavini akademik Yaqub Mahmudov, məsul katibi isə tarix üzrə fəlsəfə doktoru Lamiyə Qafarzadədir.