“Terminologiya məsələləri” jurnalı
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının orqanı olan “Terminologiya məsələləri” jurnalı (ISSN:2663-8967) AMEA Rəyasət Heyətinin 14 sentyabr 2007-ci il tarixli qərarı ilə nəşr olunur. Jurnal 02.05.2011-ci il tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Mətbu nəşrlərin reyestrinə daxil edilib. Jurnal 1984-cü ildən nəşr olunan “Terminologiya məsələləri”nin davamıdır. Burada elmin müxtəlif sahələri ilə bağlı yaranan terminlərin dildə sabitləşməsi, terminologiyanın nəzəri məsələləri, terminoloji lüğətlərin tərtibi prinsipləri ilə bağlı məqalələr dərc edilir və Terminologiya Komissiyasının qəbul etdiyi terminlər öz əksini tapır. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlər” siyahısına daxildir. Jurnal “Elm” nəşriyyatı tərəfindən ildə iki dəfə çap edilir.
Jurnalın baş redaktoru akademik İsa Həbibbəyli, redaktoru və məsul katibi professor Sayalı Sadıqovadır.