← Geri
Faiq Məlikov

Faiq Məlikov

Faiq Mahmud oğlu Məlikov 10 may 1932-ci ildə Salyan şəhərində ziyalı ailəsində dünyaya göz açmışdır. Orta təhsilini rayonun 3 saylı orta məktəbində almış, 1950-ci ildə məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsinin jurnalistika ixtisasına qəbul olunmuşdur.

O,  özünü poliqrafiya sahəsində sınamaq qərarına gəlmiş və Azərbaycan SSR Elmlər Akademiyasının “Elm” nəşriyyatına iş üçün müraciət etmişdir. Burada redaktor olaraq əmək fəaliyyətinə başlayan F.Məlikov çox keçmədən müəssisənin böyük redaktoru, baş redaktoru vəzifələrində çalışmışdır. 1972-ci ildə “Elm” nəşriyyatının direktoru vəzifəsinə təyin olunmuşdur. O, bu vəzifədə 1985-ci ilə qədər çalışmışdır.

F.Məlikov 1967-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası Tarix İnstitutunun aspiranturasında təhsil almışdır. 1960-cı ildə SSRİ Jurnalistlər ittifaqının üzvü seçilmişdir.

Faiq Məlikov 1991-ci il oktyabrın 28-də rəhmətə getmişdir.