← Geri
Fikrət Əhmədov

Fikrət Əhmədov

Fikrət Süleyman oğlu Əhmədov 1955-ci il dekabrın 11-də Gürcüstan Respublikası Bolnisi rayonunun Saraçlı kəndində anadan olmuşdur. 1962-1972-ci illərdə Saraçlı orta məktəbində təhsil almışdır. O, 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini, 1984-cü ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aspiranturasını, 1988-ci ildə Bakı Ali Partiya Məktəbini bitirmişdir.

F.Əhmədov 1978-1981-ci illərdə “Yazıçı” nəşriyyatında korrektor və redaktor, 1981-1986-cı illərdə Azərbaycan Dövlət Mətbuat Komitəsində şöbə müdiri və idarə rəisinin müavini vəzifələrində çalışmışdır. 1988-1991-ci illərdə AMEA-nın “Elm” nəşriyyatında baş redaktor olmuş, 1991-ci ildə isə direktor təyin edilmişdir. O, bu vəzifəni 1997-ci ilədək icra etmişdir. Sonralar AMEA “Elm” Nəşriyyat-Poliqrafiya Mərkəzində direktor müavini və “Pedaqogika” nəşriyyatında baş redaktor (1997-2011) vəzifələrində işləmişdir. Hazırda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin böyük elmi işçisi, Jurnalistlər Birliyinin üzvüdür.

Filologiya üzrə fəlsəfə doktoru F.Əhmədov “Səhənd (mühiti, həyatı və yaradıcılığı)” və “Borçalı Saraçlısı” monoqrafiyalarının, 50-dən artıq elmi, 200-ə yaxın elmi-publisistik məqalənin müəllifidir.