Xəbərlər

AMEA-nın “Elm” nəşriyyatı VIII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edib

AMEA-nın “Elm” nəşriyyatı VIII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edib

Azərbaycan Milli Elmlər Akademiyasının “Elm” nəşriyyatı Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş VIII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edib. 5-9 oktyabr tarixlərində baş tutmuş sərgidə nəşriyyat uğurla təmsil olunub.

“Elm” nəşriyyatının stendində cari ildə müəssisədə işıq üzü görmüş Azərbaycan, rus və ingilis dillərində monoqrafiyalar, biblioqrafik göstəricilər, elmi jurnallar, seçilmiş əsərlər, tərcümə nəşrləri və s. sərgilənib. Nəşriyyatın stendini ziyarət edən yerli və xarici qonaqlara nəşrlər barədə ətraflı məlumat verilib, kitablar hədiyyə edilib.

Sərgidə uğurla təmsil olunan “Elm” nəşriyyatı Mədəniyyət Nazirliyinin sertifikatına layiq görülüb. 


 

10 oktyabr 2022