Xəbərlər

“ANAS Transactions Earth Sciences” jurnalının 2025-ci ildə ilk nömrəsi işıq üzü görüb

“ANAS Transactions Earth Sciences” jurnalının 2025-ci ildə ilk nömrəsi işıq üzü görüb

AR ETN Geologiya və Geofizika İnstitutu tərəfindən nəşr olunan beynəlxalq “ANAS Transactions Earth Sciences” jurnalının 2025-ci il birinci nömrəsi “Elm” nəşriyyatında işıq üzü görüb.

Cari nömrədə yer elmlərinin müxtəlif sahələrini əhatə edən və resenziyadan keçmiş məqalələr yer alıb. “ANAS Transactions Earth Sciences” jurnalının 2025-ci il birinci nömrəsi, eyni zamanda jurnalın saytında (https://journalesgia.com/en) yerləşdirilib və bütün məqalələri buradan əldə etmək olar.

Bu nömrədə Azərbaycan respublikası ərazisində RSXM və Oksford universiteti əməkdaşları tərəfindən aparılan paleoseysmoloji tədqiqatların nəticələri, işğaldan azad edilmiş Qubadli rayonunda radioekoloji risklərin tədqiqinə aid məqalə, süni intellekt (Sİ) metodlarının neft-qazlı ərazilərdə süxurların kollektor xüsusiyyətlərinin qiymətləndirilməsində tətbiqinə aid məqalə, Avrasiya ilə Qondvana arasında qalan Azərbaycan ərazisində yerləşdiyi keçid zonasında baş verən mürəkkəb geodinamik qarşılıqlı təsirlərin tədqiqinə həsr edilmiş məqalə, Azərbaycan ərazisinin neft-qaz sahələrinin geoloji rayonlaşdırılmasına yeni yanaşmaya dair məqalə və s.  dərc edilib.

“ANAS Transactions Earth Sciences” jurnalı 2020-ci ildən SCOPUS bazasına daxildir.

21 iyul 2025