Xəbərlər
"Elm" nəşriyyatı II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında iştirak edir
Azərbaycan Milli Elmlər Akademiyasının “Elm” nəşriyyatı Bakıda təşkil olunan II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında iştirak edir.
İyunun 5-dən 11-dək davam edəcək festival Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı, Azərbaycan Yazıçılar Birliyi (AYB), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, AMEA, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TÜRKPA, Yunus Əmrə İnstitutu, İLESAM və digər qurumların dəstəyi ilə keçirilir.
Festival Hüseyn Cavid prospektində, AMEA-nın Əsas binasının önündəki parkda təşkil olunub. Tədbir çərçivəsində təşkil olunan kitab yarmarkasında “Elm” nəşriyyatının kitabları ilə yanaşı, AMEA-nın institutları tərəfindən nəşr edilmiş kitablar da nümayiş olunur.