Xəbərlər

“Elm” nəşriyyatının direktoru Crossrefin illik toplantısında iştirak edib

“Elm” nəşriyyatının direktoru Crossrefin illik toplantısında iştirak edib

“Elm” nəşriyyatının direktoru filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov Crossref təşkilatının (“Crossref Publishers International Linking Association, Inc.”) illik toplantısında onlayn formada iştirak edib. 22-23 oktyabr tarixlərində baş tutan tədbirdə, həmçinin qurumun İdarə Heyətinə seçkilər də keçirilib.

Tədbirin ilk günündə Crossrefin 25-ci ildönümünün qeyd edilməsi, 2025-ci il İdarə Heyətinə seçkilər, qurumun maliyyə vəziyyəti, yol xəritəsi və üzvlük məsələləri, metadata elmi və təşkilatla bağlı digər məsələlər müzakirəyə çıxarılıb.

Toplantının ikinci günündə qurumun 25-ci ildönümü ilə bağlı müzakirələr davam etdirilib. Eləcə də alətlər və xidmətlər, layihə və proqram yeniləmələri ilə bağlı məlumatlar verilib, “Real dünyada tədqiqat əlaqəsi” adlı panel müzakirəsi və digər mühüm məsələlərə baxılıb.

Tədbirin yekununda 160-dan çox ölkə və təşkilatdan üzvlərin daxil olduğu İdarə Heyəti seçkilərinin nəticələri elan olunub. Yekun nəticəyə əsasən İdarə Heyətinin yeni seçilən beş üzvü üç il müddətində fəaliyyət göstərəcək.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası 2023-cü il iyun ayından etibarən rəqəmsal obyekt identifikatoru (DOI) verilməsi ilə əlaqədar “DOI” Beynəlxalq Fondunun “Crossref Publishers International Linking Association, Inc.” Rəsmi Qeydiyyat Agentliyinə ali qurum qismində üzv olub.

23 oktyabr 2025