Xəbərlər
Səbuhi Qəhrəmanov “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi (1945-2025)” döş nişanı ilə təltif olunub
AMEA-nın “Elm” nəşriyyatının direktoru filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi (1945-2025)” döş nişanı ilə təltif olunub. Alim bu mükafata akademiyada uzunmüddətli və səmərəli fəaliyyətinə görə layiq görülüb.
Mükafatı S.Qəhrəmanova AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “Elm” nəşriyyatının 100 illik yubiley tədbirində təqdim edib.