Yeni nəşrlər

"Elm" nəşriyyatında "Azərbaycan Yer elmləri 80 illik zaman kəsiyində - zəngin və şərəfli tarixin səhifələri" kitabı çapdan çıxıb

"Elm" nəşriyyatında "Azərbaycan Yer elmləri 80 illik zaman kəsiyində - zəngin və şərəfli tarixin səhifələri" kitabı çapdan çıxıb

Azərbaycan elminin tarixi, taleyi və inkişaf perspektivləri həmişə dövlətin diqqət mərkəzində olmuşdur. Ötən ilin sonlarında Azər­bay­can Mil­li Elm­lər Aka­de­mi­ya­sı­nın 80 il­li­yi­nin təntənə ilə qeyd edil­mə­si, Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti cə­nab İl­ham Əli­yevin yubiley mərasimindəki dərin məzmunlu nitqində elmimizə verilən qiymət və qarşıya qoyulmuş vəzifələr hələ uzun müddət Azərbaycan elminin əsas inkişaf istiqamətlərini müəyyən edəcək.
Ölkə başçısının “Azər­bay­can Mil­li Elm­lər Aka­de­mi­ya­sı­nın 80 il­li­yi­nin qeyd edil­mə­si haq­qın­da” 18 mart 2025-ci il ta­rix­li Sə­rən­ca­mın­da Azər­bay­can Mil­li Elm­lər Aka­de­mi­ya­sı “ya­ran­dı­ğı vaxt­dan eti­ba­rən nai­liy­yət­lər­lə zən­gin bir yol keç­miş, res­pub­li­ka­nın el­mi-in­tel­lek­tu­al po­ten­sia­lı­nı mil­li sər­və­tə çe­vi­rən mər­kəz”, - ki­mi qiy­mət­lən­diril­miş­dir. Bu yüksək qiymətdə ölkənin sosial-iqtisadi inkişafı prosesində həmişə öz layiqli yerini tutmuş Azərbaycan Yer elmlərinin öz xüsusi payı var.
AMEA “Elm” nəşriyyatında çapdan çıxmış “Azərbaycan Yer elmləri 80 illik za­man kə­si­yin­də - zən­gin və şə­rəf­li ta­ri­xin sə­hi­fə­lə­ri” kitabı (Bakı. “Elm”, 2025. 256 s.) Azər­bay­can Mil­li Elm­lər Aka­de­mi­ya­sı­nın ya­ran­ma­sı­nın 80 il­li­yi­nə həsr olun­muş­dur və öl­kə­miz­də Yer elm­lə­ri­nin tə­şək­kü­lü və in­ki­şa­fı­nın ta­ri­xi­nə qı­sa eks­kurs xa­rak­te­ri da­şı­yır.
AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyevin, Azərbaycan Respublikası ETN Neft-Qaz İnstitutunun baş direktoru akademik Fəxrəddin Qədirovun və AMEA Yer Elmləri Bölməsinin elmi katibi Sadıx Nəbiyevin müəllifi olduqları kitabda Azər­bay­can­da qə­dim in­san­la­rın ib­ti­dai coğ­ra­fi tə­səv­vür­lə­rin­dən baş­la­ya­raq Ye­rin tə­ki haq­qın­da müa­sir el­mi bi­lik­lə­rin for­ma­laş­ma­sı­na qə­dər ke­çil­miş uzun və ma­raq­lı yol, geo­lo­ji və coğ­ra­fi el­mi fik­rin in­ki­şaf mər­hə­lə­lə­ri, bu in­ki­şaf­da Azər­bay­can Mil­li Elm­lər Aka­de­mi­ya­sı­nın, onun Yer Elm­lə­ri Böl­mə­si­nin ye­ri, ro­lu və pers­pek­tiv­lə­rin­dən bəhs olu­nur.
Nəşrin elmi redaktoru və ön sözün müəllifi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun baş direktoru, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı akademik Akif Əlizadədir. Hə­ya­tının az qala 70 ili Azər­bay­can Mil­li Elm­lər Aka­de­mi­ya­sı, onun Yer Elm­lə­ri Böl­mə­si, Geo­lo­gi­ya İns­ti­tu­tu ilə bağ­lı­ olan görkəmli alimin haqlı olaraq qeyd etdiyi kimi, “elm adam­la­rı­nın hər ye­ni nəs­li bu il­lər ər­zin­də ke­çil­miş zə­fər­lər və mə­şəq­qət­lər­lə do­lu in­ki­şaf yol­la­rı­nı, on­la­ra bu yol­lar­da bə­ləd­çi­lik et­miş mü­əl­lim­lə­ri də­rin hör­mət, ül­vi tə­şək­kür his­si ilə xa­tır­la­ma­ğı öz mü­qəd­dəs mə­nə­vi və ta­ri­xi bor­cu he­sab edir”.
Kitabın I fəsli “Azərbaycanda Yer haqqında biliklərin tarixinə qısa baxış” adlanır və qədim dövrlərdən XX əsrin əvvəllərinədək böyük bir dövrü əhatə edir. II fəsildə 1920-1945-ci illərdə Azərbaycanda Yer elmlərinin təşəkkülü prosesi işıqlandırılır. Kitabın III fəslində 1945-1970-ci illər Azərbaycan Milli Elmlər Akademiyasının yaranması, təşkilatlanması və onun tərkibində Yer Elmləri Bölməsinin formalaşması prosesləri əks olunmuşdur. IV fəsil Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin neft strategiyası və Azərbaycan Yer elmlərinin 1970-2003-cü illərdə inkişafı ilə bağlıdır. Kitabın V fəslində Azərbaycan Yer elmlərinin 2003-2023-cü illərdə keçdiyi inkişaf yolundan bəhs edilir. Maraqlıdır ki, müəlliflər yalnız “olub keçənlər” ilə kifayətlənməmiş, kitabın bütöv bir bölməsini Yer elmlərinin perspektivlərinə və gələcək prioritetlərinə həsr etmişlər.
Kitaba ön sözdə “...ar­xa­da qoy­du­ğu­muz yol­la­ra bir ba­xış ol­maq­la ya­na­şı, həm də öl­kə­miz­də Yer elm­lə­ri­nin in­ki­şa­fı­na öz töh­fə­si­ni ver­miş alim­lə­rə, Aka­de­mi­ya­nın Yer Elm­lə­ri Böl­mə­si­nin üzv­lə­ri­nə bir it­haf və tə­şək­kür ifa­də­si­” olduğu vurğulanmışdır. 1945-2025-ci illər Azərbaycan Milli Elmlər Akademiyası Yer Elmləri Bölməsinin üzvləri, ölkənin inkişafında böyük xidmətlərinə görə ən yüksək dövlət mükafatlarına layiq görülmüş alimlər, onların xatirəsinin əbədiləşdirilməsi tədbirləri haqqında hissələr bu dərin ehtiram və diqqətin təzahürləridir.
Nəşrdə əvvəlki dövrlərdə rus dilində nəşr olunmuş kitab və monoqrafiyaların adlarının Azərbaycan dilində də verilməsi Azərbaycan dilində elmi terminologiyanın formalaşmasına, bütövlükdə Azərbaycan dilinin dövlət dili kimi inkişafına xidmət edir.
Kitab hər biri aid olduğu dövrün möhürünü daşıyan, o zamanın xarakterik cəhətlərini əks etdirən maraqlı illüstrasiya və fotoşəkillərlə zəngindir.

13 yanvar 2026