Yeni nəşrlər
"Elm" nəşriyyatında Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Azərbaycan türkologiya elmi: sələflər və xələflər" adlı gənc alimlərin respublika elmi konfransının materialları nəşr olunub
AMEA Gənclər Akademiyası və Həmkarlar İttifaqının birgə təşkilatçılığı və AMEA Rəyasət Heyəti aparatının dəstəyi ilə keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Azərbaycan türkologiya elmi: sələflər və xələflər" adlı gənc alimlərin respublika elmi konfransının materialları nəşr olunub.
"Elm" nəşriyyatında çap olunan nəşrdə konfrans çərçivəsində təqdim edilmiş məruzələr yer alıb. Məqalələrdə Azərbaycan türkologiya elminin formalaşması və inkişaf mərhələləri, Birinci Türkoloji Qurultayın elmi-mədəni əhəmiyyəti, görkəmli türkoloq alimlərin elmi irsi, eləcə də müasir türkologiyanın aktual problemləri və perspektiv istiqamətləri geniş şəkildə işıqlandırılıb.
Materiallar toplusunun Türk Dünyası Həftəsində işıq üzü görməsi nəşrə xüsusi məna və simvolik dəyər qazandırır. Toplu Birinci Türkoloji Qurultayın zəngin elmi irsinin təbliği, Azərbaycan türkologiya məktəbinin inkişaf ənənələrinin yaşadılması və gənc tədqiqatçıların elmi fəaliyyətinin dəstəklənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.